Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş...

09:44 14 Mart 2025

Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək vəfat edib.

Sitat.info xəbər verir ki, S. Abdullazadənin qəzaya düşməzdən 1 gün öncə işə götürüldüyü məlum olub.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. Həmçinin S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkdi.

Xatırladaq ki, o, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, hadisə martın 12-də 22:30-da Günəşlidə baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib./ qafqazinfo



Xəbər xətti