Rusiya müharibənin 1115-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 657 təyyarəsi, 283 helikopteri, 46 606 PUA-sı, 601 zenit-raket kompleksi, 22 274 tank və digər zirehli texnikası, 1 526 reaktiv yaylım atəş sistemi, 22 570 artilleriya və minaatanı, 32 874 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.