NATO-dan Bakı-İrəvan razılaşmasına münasibət...

21:00 14 Mart 2025

 

Əldə olunan razılaşmalar Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq.

Sitat.info xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X sosial şəbəkəsində Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları şərh edərkən yazıb.

“Bu, çox gözəl xəbərdir. Mən üç il ərzində NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq bu böyük nailiyyət münasibətilə tərəfləri təbrik edirəm”, - o vurğulayıb.

 



Xəbər xətti