Ukrayna Rusiyaya genişmiqyaslı hücuma başladı

11:59 15 Mart 2025

Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 126 pilotsuz uçuş aparatını Rusiya hava məkanında məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bryansk vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, PUA hücumu nəticəsində bölgənin müxtəlif ərazilərində bir neçə fərdi evə ziyan dəyib. Voronej vilayətində, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Hücuma görə Saratov və Volqoqrad hava limanlarının fəaliyyəti dayandırılıb.



Xəbər xətti