Bakı-Ələt yolunda yük maşını yandı

14:50 15 Mart 2025

Bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolunun 55-ci kilometrliyində Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı irihəcmli yük maşınında hərəkətdə olarkən yanğın hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək, əraziyə şəxsi heyət və yanğınsöndürən cəlb olunub. Yük avtomobilində baş verən yanğın genişlənmədən qısa müddətdə söndürülüb.



Xəbər xətti