Belqradda sürücü maşınını etirazçıların üzərinə sürüb.
Sitat.info xəbər verir ki, Teleqram kanallarında hadisənin görüntüləri yayılıb.
Bildirilib ki, nəticədə 3 nəfər xəsarət alıb.
Şübhəli şəxs kimi polis 50 yaşlı sürücünü saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Serbiyada artıq 4 aydır Novi-Sad şəhərindəki dəmiryol vağzalında talvarın çökməsi nəticəsində 15 nəfərin həlak olmasına görə tələbə etirazları keçirilir.