G7 ölkələrindən İranla bağlı bəyanat

17:37 15 Mart 2025

Ötən gün Kanadada keçirilən görüşdə Böyük Yeddilik (G7) qrupunun xarici işlər nazirləri İranla bağlı birgə bəyanat yayıb. Onlar bildiriblər ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir.

Sitat.info xəbər verir ki, məlumatı “Amerikanın səsi” yayıb.

Bəyanatda bildirilib ki, İran regional qeyri-sabitliyin əsas mənbəyidir və Tehranın nüvə silahı hazırlamasına və əldə etməsinə heç vaxt icazə verilməməlidir.



Xəbər xətti