Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

17:49 15 Mart 2025

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir.

Sitat.info xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, Gürcüstan, Qazaxıstan, ABŞ, Rusiya, Xorvatiya, Səudiyyə Ərəbistanı, Qırğızıstan, İtaliya, Polşa, Yunanıstan, İordaniya, o cümlədən BMT, NATO, KTMT, AB və AŞ sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.



Xəbər xətti