17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.
Sitat.info xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstana 3-2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millimiz daha öncə Lüksemburqa 0:5 hesabı ilə uduzub.