Son illər Azərbaycanda taksi parklarının yenilənməsi prosesinə başlanıb. Bildiyiniz kimi buaxılışı 2017-ci ildən aşağı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulub.
Bugünlərdə Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri 30-35 ilin "Jiquli" markalı avtomobillərin taksi xidmətinə qoşması xəbərləri yayılıb.
"Tiktok" sosial şəbəkəsində sürücülərə çağırış edən bir sıra taksi şirkətləri var ki, hansısa yollarla köhnə, nasaz avtomobilləri xidmətə qoşulurlar.
Misal üçün Salyanda "Salyan Bolt" şirkəti sürücülərə köhnə avtomobillərlə xidmətə qoşulmağı təkli edir. Canlı yayınlarda sürücülərə çağırışlar edir.
Şərhlərdə "VAZ 2106" "ilə xidmətə qoşulmaq istəyənlərə, "yaxşı vəziyətdədirsə, qoşula bilərsiniz" qeyd edilib. Bildirilib ki,1990-cı ildən başlayaraq istənilən öv avtomobil şirkətə qoşula bilər.
Fotofaktı təqdim edirik: