Millimizin sonuncu rəqibi bəlli oldu

09:42 24 Mart 2025

UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Bununla da Azərbaycan yığmasının DÇ-2026-dakı sonuncu rəqibi bəlli olub.

Belə ki, Xorvatiyanı məğlub edən Fransa yığması Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı D qrupunun 4-cü komandası olub.

Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.

23 mart 23:45

Fransa – Xorvatiya - 2:0 (Penaltilər - 5:4)

Qollar: Olise, 52, Dembele, 80

İlk oyun (0:2)



Xəbər xətti