Fernandu Santuş: "Heyətdə dəyişikliklər olacaq"

16:50 24 Mart 2025

Heyətdə dəyişikliklər olacaq.

Sitat.info xəbər verir ki,  bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:

"Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa sahib olan tərəf biz olaq. Qələbəyə inanmalıyıq. Qol imkanlarından yararlanmalıyıq".

O, futbolçuların daha inamlı oynanamlı olduqlarını vurğulayıb:

"Futbolçular sabah daha inamlı oynamalıdır. Yeniliklər gətirməliyik. Ötən oyundan sonra demişdim ki komplektləşdirmə çatmadı. Qapımızda qol görəndən sonra həvəsdən düşdülər. Bu mental olan bir şeydir"

Baş məşqçi sabah qapıda dəyişikliyi olub-olmayacağı ilə bağlı sualı cavablandırıb:

"Deyə bilmərəm Şahruddin sabah qapıda dayanacaq ya yox. Bu barədə məşqdən sonra qərar verəcəyik".

Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.



Xəbər xətti