Cənubi Koreyada meşə yanğınları: 26 ölü, 30 yaralı...

12:04 27 Mart 2025

Cənubi Koreyada meşə yanğınları 7 gündür ki, davam edir.

Sitat.info xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 26-ya, xəsarət alanların sayı 30-a yüksəlib.

Yanmış meşə sahəsinin böyüklüyü 36 min hektara çatıb, ümumilikdə 3 min nəfərin təxliyə edildiyi açıqlanıb.

Yanğınlarla əlaqədar təxliyə edilənlərin ümumi sayının 37 min nəfər olduğu, 20 min nəfərin isə təhlükə aradan qalxdıqdan sonra evlərinə qayıtdığı qeyd edilib. 17 min nəfərin hələ də sığınacaqlardadır.

Nigar,

Sitat.info



Xəbər xətti