Rusiyada turistlər qar uçqununa düşüb, 4 nəfər ölüb

16:42 27 Mart 2025

Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.

Turistləri təxliyə etmək üçün helikopter göndərilib.



Xəbər xətti