Zelenski 2 milyon mərmi istəyir, 5 milyard avro lazımdır - Kallas

20:00 3 Aprel 2025

 

Avropa Birliyi (AB) 2025-ci ildə Kiyevə 2 milyon mərmi tədarük edə bilər, bunun üçün 5 milyard avro lazım olacaq.

Sitat.info xəbər verir ki, bu sözləri AB diplomatiyasının rəhbəri Kaya Kallas Polşada bir sıra AB ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bildirib.

"Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ona 2 milyon mərmi lazımdır - bu təxminən 5 milyard avrodur. Biz bir sıra müzakirələr apardıq. Bəzi ölkələr bu tədarükləri Çexiya təşəbbüsünə (Ukrayna üçün birgə satınalmalar) daxil etmək istəmirlər, lakin bunun əhəmiyyəti yoxdur, əsas odur ki, bu mərmilər ən qısa müddətdə göndərilsin", - o bildirib.

 



Xəbər xətti