İsrail Qəzzanın şərqində yerləşən Əş-Şucaiyyə rayonunda quru əməliyyata başlandığını elan edib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Son saatlarda İsrail ordusunun əsgərləri təhlükəsizlik zonasını genişləndirmək məqsədilə Qəzzanın şimalındakı Əş-Şucaiyyə bölgəsində quru əməliyyatına başlayıb”, - məlumatda qeyd olunub.