Bu qəsəbə qazsız qaldı

11:20 4 Aprel 2025

Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə Sitat.info-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qəsəbədə ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb. Bu səbəbdən aprelin 3-də saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.



Xəbər xətti