Misir Mərdanovun institutu ləğv olundu

11:59 4 Aprel 2025

Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sitat.info xəbər verir ki, sərəncama əsasən, bir sıra elmi-tədqiqat institutları birləşdirilib və onların bazasında yeni institut yaradılıb.

Birləşdirilən institutlar sırasına İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu da daxildir. Onların əsasında Riyaziyyat İnstitutu yaradılacaq.

Riyaziyyat və Mexanika İnstitutunun hazırkı direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovdur.



Xəbər xətti