Bu telefon sahiblərinə pis xəbər: Vatsap işləməyəcək!

13:45 4 Aprel 2025

Vatsap tətbiqetməsi artıq köhnə model telefonlarda işləməyəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

“Meta”nın açıqlamasına görə, bu dəyişikliyin səbəbləri arasında performans problemləri, təhlükəsizlik riskləri və istifadəçi təcrübəsinə mənfi təsir göstərən amillər daxildir. Belə ki, Vatsap 2025-ci il mayın 1-dən etibarən iOS 15.1 və daha yeni versiyaları dəstəkləyəcək.

Yeniləmə xüsusilə köhnə Ayfon modelləri olan milyonlarla istifadəçiyə təsir edəcək. Yeniləmələri qəbul edə bilməyən və ya köhnə iOS versiyalarında qalan cihazlar da bu siyahıya daxil ediləcək.

Beləliklə, 1 maydan Vatsapın işləməyəcəyi telefon modelləri bunlardır: Ayfon-5, Ayfon-5C, Ayfon-6, “Samsunq Qalaksi Ace Plus”, “Qalaksi Note 3” və s.



Xəbər xətti