Paşinyan Ovannisyanı vəzifəsindən azad etdi

15:00 4 Aprel 2025

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan vəzifəsindən azad olunub.

Sitat.info xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki Ermənistan Baş naziri Nikol Paşinyan Paruyr Ovannisyanın Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad olunması barədə qərar imzalayıb.

Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Ovhannisyan 2021-ci il noyabrın 9-da Ermənistan xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Ermənistanın Avropa Şurasındakı nümayəndəsi olub.



Xəbər xətti