Baxçalı 2 aydan sonra ilk dəfə görüntüləndi

16:12 4 Aprel 2025

Türkiyədə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı iki aydan sonra ilk dəfə görüntülənib.

Sitat.info xəbər verir ki, MHP sədri xəstəlikdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

Baxçalı partiyanın qurucu sədri Alparslan Türkeşin vəfatının 28-ci ildönümündə Ankarada onun məzarını ziyarət edib.

Daha sonra o partiyanın qərargahına gedib.

Qeyd edək ki, MHP sədri fevarlın 6-da ürək qapağı xəstəliyindən əməliyyat olunub. O, həmin tarixdən istirahətdə idi.



Xəbər xətti