Ərdoğandan boykot çağırışlarına reaksiya

16:47 4 Aprel 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadi boykot çağırışlarına münasibət bildirib.

Sitat.info xəbər verir ki, jurnalistlərə açıqlama verən Türkiyə prezidenti aprelin 2-də boykot çağırışlarının effekt vermədiyini deyib.

“Belə ki, tam əksinə olaraq həmin gün alış-veriş mərkəzləri daha hərəkətli olub. Deməli, bu ölkənin əleyhinə kampaniya aparanları mənim millətim əfv etmir”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özəl 2 aprel tarixi üçün iqtisadi boykot çağırışı edib.



Xəbər xətti