Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramovla Gideon Saar arasında görüş keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı İsrailin XİN rəhbəri öz “X” hesabında paylaşıb.
Məlumata görə, Əbu Dabidə baş tutan görüş zamanı azərbaycanlı həmkarı ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, C.Bayramov BƏƏ-də səfərdədir.