"ABŞ tariflərdən istifadə etməklə Çinə təzyiq göstərməyə çalışır. Çin heç vaxt bu zorakı davranışına boyun əyməyəcək".
Sitat.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyi bildirib.
Nazirliyin sözçüsü Lin Jian ABŞ prezidenti Donald Trampın açıqladığı tariflərlə bağlı danışıb.
ABŞ-ın tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışdığını qeyd edən Jian deyib ki, Çin heç vaxt bu zorakılıq davranışına boyun əyməyəcək: "Əgər ABŞ problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, bərabərlik, hörmət və qarşılıqlı fayda mövqeyi tutmalıdır”.
Tehran,
Sitat.info