Ağ Ev: "Tramp Pentaqonun rəhbəri Pit Heqseti qəti şəkildə dəstəkləyir"

18:13 21 Aprel 2025

"ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqseti qəti şəkildə dəstəkləyir".

Sitat.info- nun xəbərinə görə, bu sözləri "Fox News" müsahibəsində Ağ Evin mətbuat katibi Karolin Levitt Heqsetin ABŞ-nin Yəmənə zərbələri ilə bağlı həyat yoldaşı, qardaşı və vəkilinin olduğu "Signal" çatına ətraflı məlumat göndərməsi ilə bağlı KİV-də yayılan xəbərləri şərh edərkən deyib.

"Vaşinqton administrasiyası hesab edir ki, Heqset fenomenal iş görür", - deyə Levitt bildirib.

"Prezident Pentaqon rəhbərliyində fenomenal iş görən nazir Heqseti qəti şəkildə dəstəkləyir. Bir daha təkrar etmək istərdim ki, "Signal" çatlarında heç bir məxfi məlumat yerləşdirilməyib", - deyə o qeyd edib.



Xəbər xətti