İran- ABŞ danışıqlarının növbəti raundu ləğv edildi

10:30 6 May 2025

İran- ABŞ danışıqlarının növbəti raundu ləğv edildi. 

Sitat.info xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Kanalın müxbiri bildirib ki, Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu bu həftəsonu da keçirilməyəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü danışıqların ləğvinə cavab olaraq deyib: “İran nüvə proqramının tamamilə ləğvi ilə bağlı Trampın mövqeyini qəbul etməyə məcbur olacaq”. 

Aytac,

Sitat.info 



Xəbər xətti