Üç nəfər həbs olundu, İran səfiri XİN-ə çağırıldı

20:00 19 May 2025

İranın Böyük Britaniyadakı səfiri Səid Əli Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, Britaniya XİN-i məlumat yayıb.

Qeyd olunur ki, İranın üç vətəndaşının Milli Təhlükəsizlik Aktı çərçivəsində casusluq ittihamı ilə həbs olunmasına görə səfir XİN-ə çağırılıb.

Belə ki, həbs olunan şəxslər Londonda fəaliyyət göstərən “İran İnternational” müstəqil media qurumunun jurnalistlərini hədəf almaqda və xarici kəşfiyyat orqanına yardım edə biləcək fəaliyyətlərdə ittiham olunublar.

Səfirə bildirilib ki, İran buna görə məsuliyyət daşıyır.



Xəbər xətti