Azərbaycan və Macarıstan millisi arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Sitat.info xəbər verir ki, bu barədə “iTicket” saytında məlumat yer alıb.
Məlumata görə, 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.
Qarşılaşmanı izləmək istəyənlər biletləri “iTicket.az” satış məntəqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.