Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım

20:26 19 May 2025

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Sitat.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5%, idxal isə 48,8% artıb.

Son nəticədə xarici ticarətdə 651,79 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,15 dəfə azdır.



Xəbər xətti