Ağstafada 27 yaşlı gənc bıçaqlandı

22:19 20 May 2025

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Sitat.info xəbər verir ki,  hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K.Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti