Hindistanda leysan: 45 nəfər həlak oldu

13:35 23 May 2025

Hindistanın Uttar-Pradeş ştatının şimalında yağan leysan bir gecə ərzində azı 45 nəfərin həyatına son qoyub.

Sitat.info xəbər verir ki, bu barədə “Tayms of İndia” qəzeti məlumat yayıb.

“Uttar-Pradeş ştatında bir neçə rayonda güclü külək və leysan nəticəsində ən azı 45 nəfər ölüb. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir, xilasetmə işləri aparılır, təbii fəlakətdən zərər çəkmiş ailələrə maddi yardım ödəniləcək. Ən çox ziyan kənd yerlərinə dəyib”, - məlumatda deyilib.



Xəbər xətti