Mayın 28-də Bakı-Sumqayıt qatarları hansı qrafiklə işləyəcək?

15:25 23 May 2025

28 May - Müstəqillik Günündə Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarlar şənbə gününün qrafiki ilə hərəkət edəcək.
Sitat.info  xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hərəkət cədvəli ilə www.ady.az saytında və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü qeyri-iş günüdür.



Xəbər xətti