Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini ələ keçirdi

15:50 23 May 2025

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Radkovka kəndini ələ keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yaşayış məntəqəsi Rusiya ordusunun “Şərq” qüvvələri qrupunun bölmələri tərəfindən nəzarətə götürülüb.

 Son bir həftə ərzində Ukraynada 6 yaşayış məntəqəsi işğal edilib. Radkovkadan başqa Sumı vilayətində Marino, Donetsk vilayətində Aleksandropol, Novoalyonovka, Novaya Poltavka və Boqatır kəndləri də ələ keçirilib.



Xəbər xətti