İran nüvə proqramını saxlamaqda israrlıdır.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, bu gün İranın Məhkəmə-Ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bu sözləri deyib.
O qeyd edib ki, İran nüvə proqramını saxlamaqda israrlıdır və heç bir xarici məhdudiyyəti qəbul etməyəcək.
“Uranın zənginləşdirilməsi İranın hüququdur. Amerikalıların İrana uranı zənginləşdirməyə icazə verməyəcəklərini söyləməsi kobud addımdır”, - deyə, Cahangir bildirib.
O, iddia edib ki, İran beynəlxalq hüquqa uyğun hərəkət edir və heç kəsin bu haqqı görməməzlikdən gəlməyə haqqı yoxdur.
Nigar,
Sitat.info