Rusiya yalnız Ukraynadakı hərbi obyektlərə zərbələr endirəcək - Kreml

12:56 27 May 2025

Rusiya Silahlı Qüvvələri Kiyevin istənilən terror hücumlarına və təxribatlarına cavab olaraq kütləvi zərbələr endirməyə davam edəcək.

Sitat.info-nun yerli mediaya istinadən məlumatına görə,  Rusiya Müdafiə Nazirliyi  zərbələrin yalnız hərbi obyektlərə endiriləcəyini bildirib. 
"Rusiya Federasiyası Silahlı Qüvvələri Kiyev rejiminin istənilən terror aktlarına və təxribatlarına cavab olaraq kütləvi və qrup şəklində zərbələr endirməkdə davam edəcək. Zərbələr yalnız Ukraynanın hərbi obyektlərinə və hərbi sənaye kompleksinə daxil olan müəssisələrə endiriləcək", - deyə idarədən bildirilib.

Tehran,

Sitat.info



Xəbər xətti