Amerikalı milyarder İlon Mask ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru vəzifəsini tərk edir.
Sitat.info xəbər verir ki, bu barədə Mask özünün X şəbəkəsində məlumat yayıb.
“Mənim xüsusi dövlət işçisi kimi fəaliyyət müddətim başa çatır. Mən səmərəsiz xərclərlə mübarizə imkanına görə prezidentə təşəkkür edirəm”, - o bildirib.
Eyni zamanda, o, DOGE-nin ABŞ hökumətinin işində rolunun yalnız zaman keçdikcə artacağına əminliyini qeyd edib.