Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb

21:26 30 May 2025

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, Nigeriya tez-tez mövsümi daşqınlarla üzləşir.

Keçən ilin sentyabrında oxşar hadisədə Nigeriyanın şimal-şərqindəki Maiduquri bölgəsində leysan yağışları şiddətli daşqınlara səbəb olub, milyonlarla insan evlərini tərk edib.



Xəbər xətti