Goranboyda qardaş bacısını bıçaqlayıb

08:31 31 May 2025

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

 Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti