ÇL: Finala hansı kanallarda baxaq?

17:22 31 May 2025

Çempionlar Liqasının bugünkü final oyununa Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə baxmaq mümkün olacaq.

Sitat.info xəbər verir ki, həlledici görüşdə İtaliyanın "İnter" və Fransanın PSJ klubları üz-üzə gələcəklər.

Oyunu Azərbaycanda "CBC Sport" kanalı, Türkiyədə isə TRT-1 kanalı canlı yayımlayacaq.

Oyun saat 23:00-da başlayacaq.



Xəbər xətti