Sərnişinin çamadanında 48 zəhərli ilan və 5 tısbağa tapıldı

13:17 2 İyun 2025

Hindistanın Mumbay şəhərindəki Çatrapati Şivaji Maharaj Beynəlxalq Hava Limanında Tailanddan gələn sərnişinin baqajından 48 zəhərli ilan və 5 tısbağa tapılıb.

Sitat.info xəbər verir ki, Banqkokdan Mumbaya gələn sərnişin hava limanında saxlanılıb.

Sərnişinin baqajına baxış zamanı 48 ilan, o cümlədən 3 yüksək zəhərli hörümçək quyruqlu gürzə və 5 Asiya yarpaq tısbağası aşkar edilib.

Heyvanların növləri vəhşi təbiət sahəsində fəaliyyət göstərən "Resqink Vəhşi Təbiət Refahı Dərnəyi (RAWW)" tərəfindən təsdiqlənib və ilanların çox zəhərli və kiçik quşları ovlayan təhlükəli növlər olduğu bildirilib.

İlan və tısbağaların Vəhşi Təbiəti Mühafizə Aktı çərçivəsində gətirildikləri ölkəyə qaytarılması qərara alınıb.

Aytac,

Sitat.info



Xəbər xətti