Bədavi Hüseynov millinin heyətindən çıxarılıb

16:35 2 İyun 2025

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sitat.info xəbər verir ki, müdafiəçi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Liv Bona Dea Arenada Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.



Xəbər xətti