ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq edilən 25 faizlik gömrük rüsumunun 50 faizə çatdırılması haqqında fərman imzalayıb.
Sitat.info xəbər verir ki, Fərmanda ABŞ-ın polad və alüminium idxalının ölkənin milli təhlükəsizliyini təhdid edəcək miqdarda olduğu bildirilir.
Fərmanda polad və alüminiuma 25 faizlik tarif tətbiq edildiyi xatırladılıb və bu nisbətin müəyyən irəliləyişlər gətirməsinə baxmayaraq, sektorun istehsal güclərini davamlı səviyyədə istifadə etməsini təmin etmədiyi iddia edilib.
Bu səbəbdən polad və alüminium məmulatları və törəmələri üçün gömrük rüsumunun 25 faizdən 50 faizə qaldırıldığı və tariflərin iyunun 4-də yerli vaxtla saat 00.01-dən qüvvəyə minəcəyi bildirilib.
Nigar,
Sitat.info