Trampla Putin telefonla danışdı

22:48 4 İyun 2025

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində məlumat verib.

“Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını bitirdim. Söhbət təxminən bir saat 15 dəqiqə davam etdi”, - Tramp bildirib.

Amerika lideri əlavə edib ki, o, Putinlə Ukraynanın pilotsuz təyyarələrinin Rusiya aerodromlarına hücumunu müzakirə edib. Tramp ümumilikdə danışığı “yaxşı” kimi qiymətləndirib.



Xəbər xətti