Şəkidə arvadını öldürən kişi və sürücü saxlanıldı - Foto

11:30 6 İyun 2025

Şəkidə həyat yoldaşını qətlə yetirməktdə təqsirləndirilən şəxs, eləcə də onun qaçdığı avtomobilin sürücüsü saxlanılıblar.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, keçirilən əməliyyat Əliy axtarış-tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Həmid Nazim oğluevin yeri müəyyən edilib, o, tutularaq istintaqa təhvil verilib.

Həmid Əliyevin hadisə yerindən "Toyota " markalı avtomobillə qaçdığı da müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü Elçin Salahov da saxlanılıb.

Hər iki şəxs istintaqa təhvil verilib.

Xatırladaq ki, dünən səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti