Çilidə 6,4 maqnitudalı zəlzələ olub.

08:26 7 İyun 2025

Çilidə 6,4 maqnitudalı zəlzələ olub.

Sitat.info  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 Bildirilib ki, zəlzələnin episentri Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə, ocağı isə Yerin 76,6 kilometr dərinliyində yerləşib.

Dağıntı və ya tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.



Xəbər xətti