Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

13:39 9 İyun 2025

Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Yığma komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurub.



Xəbər xətti