Sabah Suraxanıda qaz olmayacaq

18:25 10 İyun 2025

İyunun 11-də Bakının Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Sitat.infoxəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə "MİDA" yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbər xətti