İsrailin dəhşətli hücumu: Qəzzada 70-dən çox fələstinli həlak oldu

09:14 11 İyun 2025

İsrail Ordusunun iyunun 10-da Qəzza zolağının müxtəlif ərazilərinə həyata keçirdiyi hava və artilleriya zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı mənbələrə istinadən məlumat yayıb.

 Məlumata görə, İsrail hərbçiləri humanitar yardım paylama mərkəzinin yaxınlığında – Nəsarim keçid məntəqəsi ətrafında ərzaq yardımı gözləyən insanların üzərinə atəş açıblar.


Nəticədə azı 20 nəfər həyatını itirib.



Xəbər xətti