Hindistanda 130 nəfərin olduğu təyyarə qəzaya düşdü - Video

13:11 12 İyun 2025

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Air India" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Hindistanın News18 telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Londona gedən təyyarədə 130 sərnişin olub.Təyyarə qalxdıqdan az sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bəzi xarici KİV-lər isə təyyarənin göyərtisində 242 sərnişinin olduğunu yazır.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

İlkin məlumata görə, təyyarədə olan 242 nəfərdən 10 nəfəri ekipaj üzvü, qalanları isə sərnişinlər olub.

Təyyarə Meqaninaqar yaxınlığındakı yaşayış massivində qəzaya uğrayır.

Aytac



Xəbər xətti