Ötən gün Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.
Sitat.info xəbər verir ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V.Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, iyun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.
Araşdırma aparılır.
Sitat.info